Home Contact Phone
background

Xəbərlər

  • Sabirabad rayonunda 2018-ci ilin birinci rübünü...

    Sabirabad rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir

    2018-04-17

    Aprelin 17-də rayon Mədəniyyət Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir. İclasa RİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların və mətbuatın nümayəndələri dəvət olunmuşdular. İclasda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. Çıxışı zamanı o qeyd etmişdir ki, aprel ayının 11-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə öz iradəsini nümayiş etdirdi. Xalq yenə də müdrikliklə, uzaqgörənliklə seçim etdi. Cənab İlham Əliyevi yenidən özünə rəhbər, lider - Prezident seçdi. İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazandı. Sabirabadlılar da öz iradələrini ifadə etmək üçün Prezident seçkilərində fəallıq nümayiş etdirdilər. Mən bütün sabirabadlıları bu münasibətlə təbrik edirəm.

  • Sabirabad rayonunda Aprel döyüşlərinin ildön...

    Sabirabad rayonunda Aprel döyüşlərinin ildönümü qeyd edilib

    2018-04-03

    2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Sabirabad rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və gənclər iştirak ediblər.

  • Azərbaycanlıların soyqırımının 100-cü ild...

    Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir

    2018-03-31

    Martın 31-də Sabirabad şəhərində yerləşən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında «31 Mart-Azərbaycanlıarın Soyqırımı günü» münasibətilə ümumrayon anım mərasimi keçirilmişdir. Mərasim iştirakçıları öncə abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbir iştirakçılarına müraciət edərək xalqımızın başına gətirilən müsibətlərdən, erməni cəlladlarının törətdikləri vəhşiliklərdən ətraflı danışmışdır.

  • Sabirabad rayon Gənclər Mərkəzində ilk dəfə...

    Sabirabad rayon Gənclər Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilmişdir

    2018-03-30

    Respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait, möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində öz fəallığı ilə seçilir. Bu fikirlər Sabirabad rayon İcra Hakimiyyəti, Azərbaycan Prezidenti yanında Bilik Fondunun və Sabirabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə keçirilən görüşdə səsləndirilmişdir.

  • Dövlət Gömrük Komitəsinin sədri Sabirabad ş...

    Dövlət Gömrük Komitəsinin sədri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

    2018-03-30

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir.

Foto qalereya