Home Contact Phone
background

Xəbərlər

  • Azərbaycan Respublikasının Gənclər və idman ...

    Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul etmişdir

    2019-10-11

    Gənclər və idman nazirinin müavini İntiqam Babayev Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda 12 nəfər vətəndaş iştirak edib. Müraciətlər gənclər mərkəzlərinin yaradılması, gənclər sahəsində beynəlxalq layihələrin həyata keçirilməsi, gənclərin müxtəlif ölkələrdə keçirilən tədbirlərə ezam olunması və digər məsələlər olub. Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilmiş, bir qismi isə baxılması üçün icraya yönəldilmişdir.

  • Xankeçən kəndində səyyar görüş- qəbul ke...

    Xankeçən kəndində səyyar görüş- qəbul keçirilmişdir

    2019-10-08

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Azadkənd kənd inzibati ərazi dairəsinin Xankeçən kəndində keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış və keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışmışdır. İcra başçısı son illər respublikamızda, eləcə də bölgələrimizdə olan inkişafdan, qazanılan uğur və nailiyyətlərdən söz açmış, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü layihələrdən, xüsusilə də bu sahə ilə bağlı imzalanmış sərəncamlardan, qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd edilmişdir ki, imzalanmış həmin sərəncamlar bir daha onu göstərdi ki, bu gün ölkə başçısı tərəfindən yürüdülən məqsədyönlü dövlət siyasətinin təməlində vətəndaş amili və xalqın rifah halı dayanır.

  • Sabirabadda “Bir oyuncaq sən də ver” layihə...

    Sabirabadda “Bir oyuncaq sən də ver” layihəsi çərçivəsində tədbir keçirilmişdir

    2019-10-05

    Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbində “Əminə” Xeyriyyə Fondunun təşkilatçılığı ilə “Bir oyuncaq sən də ver” layihəsi çərçivəsində tədbir keçirilmişdir. “Əminə” Xeyriyyə Fondunun nümayəndələri Qaratəpə kəndində yaşayan məktəbəqədər hazırlıq və aşağı sinif şagirdləri üçün şənlik təşkil etməklə onlara müxtəlif oyuncaqlar hədiyyə etmişlər.

  • “Azəriqaz” İstehsalat Birliyinin baş direkt...

    “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul etmişdir

    2019-10-04

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan Regional Qaz İstismarı İdarəsinin Sabirabad Xidmət sahəsinin inzibati binasında Sabirabad və Saatlı rayon sakinlərinin problemlərini dinləyib. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

  • Muğan Gəncəli kəndində səyyar görüş-qəbu...

    Muğan Gəncəli kəndində səyyar görüş-qəbul keçirilmişdir

    2019-10-01

    Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Siraqqədin Cabbarovun növbəti səyyar görüş-qəbulu Muğan Gəncəli kənd inzibati ərazi dairəsinin Muğan Gəncəli kəndində keçirilmişdir. Görüşdə çıxış edən icra başçısı yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Rayon rəhbəri qeyd edib ki, ilin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əmək haqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Diqqətə çatdırılıb ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. İcra başçısı aqrar sahənin inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən də danışib.

  • Azərbaycan Respublikası Dini Qurumlarla İş üz...

    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Sabirabad rayon sakinlərini qəbul etmişdir

    2019-09-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər. Vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq 24 sentyabr 2019-cu il tarixdə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Sabirabad şəhərində vətəndaşları qəbul edib. Sabirabad sakinlərinin iştirak etdiyi qəbulda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib, müraciətlərin bir qismi isə yerindəcə həll olunub.

  • Sabirabadda ağacəkmə kompaniyası keçirilmişd...

    Sabirabadda ağacəkmə kompaniyası keçirilmişdir

    2019-09-20

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2019-cu ilin payız əkini mövsümündə bölgələrdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə sabirabadlılar da həvəslə qoşulmuşlar. Son iki gündə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə 10 minə yaxın həmişəyaşıl ağac və gül kolları əkilmişdir.

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin...

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul etmişdir

    2019-09-20

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 20 sentyabr 2019-cu il tarixdə Sabirabad rayonunda vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Saleh Məmmədov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Sabirabad şəhəri mərkəzi meydanda ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılmışdır. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

  • Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı...

    Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüş-qəbul keçirmişdir

    2019-09-18

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Həşimxanlı kənd inzibati ərazi dairəsinə daxil olan Həşimxanlı və Ətcələr kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Səyyar qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini bildirmişdir. O, ölkə başçısının bütün bölgələrə, o cümlədən Sabirabada göstərdiyi diqqət və qayğısıdan danışmış, rayonda həyata keçirilən sosial layihələrdən söhbət açmışdır. İcra başçısı həmçının aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən də ətraflı bəhs etmiş, pambıqçılığın inkişafı üçün qarşıda duran vəzifələrdən danışmışdır.

  • Sabirabad rayonu Güdəcühür kəndində səyyar ...

    Sabirabad rayonu Güdəcühür kəndində səyyar görüş-qəbul keçirilmişdir

    2019-09-18

    Sabirabad rayonu Güdəcühür kəndində səyyar qəbul-görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov kənd sakinlərini salamlayaraq respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı məlumat vermişdir. O həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır.

  • Sabirabadda pambıq yığımı ilə bağlı ümumr...

    Sabirabadda pambıq yığımı ilə bağlı ümumrayon müşavirəsi keçirilmişdir

    2019-09-12

    Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımının vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirə inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd təsərrüfatına xidmət edən idarələrin, şirkətlərin təmsilçiləri, pambıq yığımı ilə bağlı yaradılmış qərargahın üzvləri dəvət edilmişdilər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bunun üçün hər kəs öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidir. Biz qarşıda duran məqsədlərə çatmalı və ölkə başçısının tapşırığını layiqincə yerinə yetirməliyik. Pambıq yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Vaxtilə pambıqçılıq Sabirabadda yüksək inkişaf yolu keçmişdir. 112 min tonadək məhsul istehsal edilmişdir. Rayonun keçmiş şöhrətini qaytarmaq üçün pambıqçılarımız imkanlardan və ehtiyat mənbələrindən bacarıqla istifadə etməlidirlər.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Balakənd kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir

    2019-09-09

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Balakənd kənd sakinlərilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Moranlı kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir

    2019-09-05

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Moranlı kəndində keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq qeyd edib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı ölkədə həyata keçirilən geniş sosial islahatlatlardan, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır. Görüşdə iştirak edən 170 nəfər kənd sakininindən 9 nəfərin çıxışı qeydə alınmışdır. Çıxış edənlər su kanallarının, dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 5 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

  • Sabirabadda müəllimlərin regional sentyabr konf...

    Sabirabadda müəllimlərin regional sentyabr konfransı keçirilmişdir

    2019-09-04

    Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarının təhsil işçilərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərimizin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfrans iştirakçıları qarşısında çıxış edərək onları salamlamış, konfransın işinə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, müəllimlərin ənənəvi sentyabr konfransı bu gün ilk dəfə olaraq 3 rayonun təhsil işçilərinin və pedaqoji kollektivlərinin iştirakı ilə keçirilir. O qarşıdan gələn 15 sentyabr-Bilik günü münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik etmişdir. Bildirmişdir ki, təhsilə ulu öndər Heydər Əliyev tərəfindən daim yüksək qayğı göstərilmişdir. Hazırda bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Sabirabad, Saatlı, İmişli rayonlarının Təhsil şöbələrinin müdirləri Pəhlivan Qarayev, Seyidağa Kazımov, Ələmdar Quliyev «2018-2019-cu dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda hesabat məruzələri ilə çıxış etmişlər.

  • Sabirabad rayon Mədəniyyət Mərkəzində yüks...

    Sabirabad rayon Mədəniyyət Mərkəzində yüksək nəticə ilə ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir

    2019-08-27

    Sabirabad rayon Mədəniyyət Mərkəzində 2018/2019-cu tədris ilində rayonun tam orta məktəblərini bitirərək yüksək nəticə ilə ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Təhsil şöbəsinin məsul işçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, cari ildə ali məktəblərə qəbul olmuş tələbələr iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yığıncaqda çıxış edərək ali məktəb tələbəsi adını qazanmış bütün məzunları səmimi qəlbdən təbrik etmiş, onlara xoşbəxtlik, ali təhsil ocaqlarında daha böyük müvəffəqiyyətlər arzulamışdır. O qeyd etmişdir ki, Azərbaycanda təhsil sahəsində əldə etdilmiş uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Təhsil millətin gələcəyidir” - deyən Ümummilli lider ölkəmizdə təhsil sahəsində aparılan islahatların əsasını qoymuş və burada əsas məqsəd Azərbaycan təhsilinin yüksək inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya olunmaq, milli dəyərləri qoruyub saxlamaq şərtilə dünya təcrübəsindən maksimum bəhrələnmək olmuşdur. İslahatlar kursunun mübariz davamçısı cənab Prezident İlham Əliyev yüksək intellektə malik gənclərin yetişməsində ümumtəhsil məktəblərinin rolunu yüksək qiymətləndirmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülmüşdür.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nəsimi kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir

    2019-08-27

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Nəsimi kənd sakinlərilə keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etmək mütamadi olaraq keçirilən səyyar görüşlərin əsas məqsədidir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

  • Sabirabad şəhərində növbəti "ASAN Yay F...

    Sabirabad şəhərində növbəti "ASAN Yay Festivalı" keçirilmişdir

    2019-08-24

    “ASAN Könüllüləri" Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə Sabirabad şəhərində növbəti "ASAN Yay Festivalı" keçirilmişdir. Sabirabad şəhəri Heydər Əliyev adına parkda baş tutan festivala Sabirabad gəncləri ilə yanaşı qonşu şəhər və rayonlardan gələn gənclər də qoşulmuşdur

  • Sabirabadın Yaxa Dəllək kəndində növbəti s...

    Sabirabadın Yaxa Dəllək kəndində növbəti səyyar görüş-qəbul keçirildi

    2019-08-20

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Yaxa Dəllək kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, bu görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Çöl Ağaməmmədli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

    2019-08-07

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əliləmbəyli kənd inzibati ərazi dairəsinin Çöl Ağaməmmədli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev də iştirak etmişdir. Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Siraqəddin Cabbarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Zalqaraağac kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

    2019-08-07

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Zalqaraağac kənd sakinləri ilə keçirilib. Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev də iştirak etmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görüşü açaraq mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsədin kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etmək olduğunu bildirmişdir.

  • E L A N

    E L A N

    2019-07-23

    25 iyul 2019-cu il tarixdə Sabirabad rayon Təhsil şöbəsinin inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə abituriyentlərə ixtisas seçimində kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzi” tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dadaşbəyli kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

    2019-07-22

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dadaşbəyli kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilmişdir. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Görüşdə iştirak edən 90 nəfər kənd sakininindən 4 nəfərin çıxışı qeydə alınmış, qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osmanlı kənd sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirdi

    2019-07-16

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osmanlı kənd sakinləri ilə səyyar görüş-qəbul keçirilmişdir. Rayonun Şıx Salahlı və Osmanlı kənd sakinlərinin, rayon İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları və xidmət sahələri rəhbərlərinin iştirak etdiyi qəbulda rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Sabirabad rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran rayon İcra Hakimiyyətinin başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

  • Sabirabadda “Din və ideoloji təhlükəsizlik...

    Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir

    2019-07-15

    Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə DQİDK-nın rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Şirvan şəhər, Sabirabad, Hacıqabul, Saatlı rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak etmişlər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur. Sonra “Heydər Əliyev və azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış etmişdir. O nümayiş olunmuş filmlə bağlı fikirlərini bölüşərək ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə vətənimizin inkişafı naminə atdığı uğurlu və cəsarətli addımlardan danışmışdır. Seminar-müşavirənin aktual mövzuya həsr edildiyini bildirən icra başçısı dini radikalizmin cəmiyyətdə yaratdığı fəsadları, ona rəvac verən təhdidlərin qarşısının alınmasının vacibliyini qeyd edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamışdır.

  • Sabirabadda “Pambıqçılıqda 2019-cu ildə qar...

    Sabirabadda “Pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilmişdir

    2019-07-11

    Sabirabad rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 100-dən artıq fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra hakimiyyətinin başçısı Sabirabadın kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Məhz həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, bu ilin altı ayında isə təxminən 13% artıb”.