Home Contact Phone
background

Xəbərlər

  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC...

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Sabirabadda vətəndaşları qəbul etmişdir

    2019-06-19

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə iyunun 19-da Sabirabad şəhərində Sabirabad və Saatlı rayonlarının sakinlərini fərdi qaydada qəbul etmişdir. Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Kür – Araz çaylarında bəndlərin istismarı idarsəinin inzibati binasında keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 21 vətəndaşın müraciət və şikayətinə baxılmışdır. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının lildən təmizlənməsi, maddi yardım, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə etmişdir.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Kürkəndi kəndində növbəti səyyar görüş-qəbul keçirdi

    2019-06-18

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Kürkəndi kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarıın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

  • "Gənclərin Həmrəyliyi" İctimai Birl...

    "Gənclərin Həmrəyliyi" İctimai Birliyi Sabirabadda tədbir keçirmişdir

    2019-06-14

    14 iyun 2019-cu il tarixdə Sabirabad Gənclər Mərkəzində "Gənclərin Həmrəyliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan regionlarında vətənpərvərliyin təbliği mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində gənclərlə görüş keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, layihə rəhbəri Zülfiyyə Nuriyeva, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda qəhrəmanlar haqqında video-çarx nümayiş etdirilmişdir.

  • Sabirabadda Milli Qurtuluş Günü təntənəli su...

    Sabirabadda Milli Qurtuluş Günü təntənəli surətdə qeyd olunmuşdur

    2019-06-13

    Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 15 iyun-Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Siraqəddin Cabbarov bayram tədbirində çıxış edərək Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onlara səadət, xoşbəxtlik arzulamışdır. O Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışaraq bildirmişdir ki, 26 il bundan əvvəl, 1993-cü ilin 15 iyun günü müasir Azərbaycanın müstəqillik tarixinə əlamətdar bir gün kimi daxil olmuşdur. Xalqımızın çağırış və israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını xilas etmişdir. 15 iyun Milli Qurtuluş Günü kimi yaddaşlara əbədi həkk olunmuşdur. Bu həmin dövr idi ki, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından ölkədə böyük gərginlik yaranmışdı, qarşıdurmalar, özbaşınalıq, xaos hökm sürürdü. Respublikamız vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqımızın ağır günlərində dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev köməyə gəldi. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkəmizin sosial-iqtisadi həyatında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində cəbhədə atəşkəsə nail olundu. «Əsrin müqaviləsi» adlı neft kontraktlarına imza atıldı. Geniş masştablı islahatlar həyata keçirildi. Baş verə biləcək dövlət çevrilişlərinin qarşısı alındı. Dünyəvi və milli dövlətçiliyə xidmət edən yeni bir ideyanın əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev ideyalarına xidmət edən siyasi kurs bu gün özünün yüksək mərhələsinə qədəm qoymuşdur. Artıq Azərbaycan dünya səviyyəsində tanınır. Beynəlxalq aləmdə böyük nüfuza malik möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev kursunu uğurla davam etdirir. Sonra incəsənət ustaları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Mürsəlli kəndində növbəti səyyar qəbul-görüşü keçirib

    2019-06-11

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar qəbul-görüşünü rayonun Mürsəlli kənd sakinləri ilə keçirib Rayonun Mürsəlli kənd sakinlərinin, rayon İcra Hakimiyyətinin məsul işçilərinin, hüquq-mühafizə orqanları və xidmət sahələri rəhbərlərinin iştirak etdiyi qəbulda S.Cabbarov respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Sabirabad rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. Sakinlərin onları narahat edən məsələlərlə bağlı müraciətlərini ətraflı cavablandıran S.Cabbarov əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

  • Sabirabad rayon İcra Hakimiyyətinin başçısı ...

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Kovlar kəndində növbəti səyyar qəbul-görüşü keçirib

    2019-06-04

    İyunun 4-də Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Kovlar kəndində əhali ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Kovlar kəndinin sakinləri ilə görüşdə rayon Icra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Siraqəddin Cabbarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

  • Sabirabadda intellektual yarış keçirilmişdir

    Sabirabadda intellektual yarış keçirilmişdir

    2019-05-31

    Sabirabad rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu və Təhsil Nazirliyi mənəvi dəyərlərin təbliği və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə «Dəyərlərimizi öyrənək» mövzusunda intellektual yarış keçirmişdir. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Cavanşir Nəsirov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, rayon Təhsil şöbəsinin müdir müavini Azər Quliyev yarış iştirakçıları qarşısında çıxış etmişlər. Qalib komanda üzvlərinə diplom və sertifikatlar təqdim edilmişdir.

  • Sabirabadda «Tərəqqi» Sosial Tədqiqatlar İct...

    Sabirabadda «Tərəqqi» Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən tədbir keçirilmişdir

    2019-05-30

    Sabirabad rayon Mədəniyyət Mərkəzinin konfrans zalında ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərin, ali məktəb tələbələrinin iştirakı ilə «Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi» layihəsi çərçivəsində «Gənclərin təhsil imkanlarının artırılması» mövzusunda ictimai müzakirə keçirilmişdir. Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Cavanşir Nəsirov, ictimai birliyin sədri Calal Əmənov, ictimai birliyin üzvü Murad Həsənli çıxış etmişlər. Daha sonra mövzu ətrafında müzakirə aparılmışdır.

  • Sabirabad rayonunda Azərbaycan Xalq Cümhuriyyət...

    Sabirabad rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə tədbir keçirilmişdir

    2019-05-27

    Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə Sabirabad şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdən əvvəl Ulu öndərin abidəsi ziyarət olunaraq, önünə tər gül-çiçək qoyuldu. Tədbirin rəsmi hissəsində dövlət himni səsləndirildi. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məruzə ilə çıxış etdi. Qeyd etdi ki, müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 101 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Azərbaycanın tərəqqipərvər siyasi elitası birləşərək müstəqil milli dövlətçiliyin yaradılmasına nail olmuşdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyirdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”.

  • Sabirabadın Yolçubəyli kəndində səyyar gör...

    Sabirabadın Yolçubəyli kəndində səyyar görüş-qəbul keçirildi

    2019-05-21

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Yolçubəyli kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, bu görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarıın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və bütün növ əmək pensiyalarının, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin ödənilməsi və qaz limitinin atırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəldildiyini bildirmiş və o, həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

  • Sabirabadda «Narkomaniyaya yox deyək!» şüarı...

    Sabirabadda «Narkomaniyaya yox deyək!» şüarı altında maarifləndirmə tədbiri keçirilmişdir

    2019-05-15

    Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində «Narkomaniyaya yox deyək!» şüarı altında maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər. «Narkomaniya bəşəriyyətin bəlasıdır» adlı videoçarx nümayiş etdirilmişdir. Sonra rayon Polis şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov, həmin qurumun İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Niyaməddin Əlihəsənov mövzu ilə bağlı çıxış etmişlər. Natiqlər vurğulamışlar ki, narkomaniyanın cəmiyyətə və insanlığa vurduğu zərər ölçüyəgəlməzdir. Narkomaniya insanı əqli və fiziki cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Belələri nəsilartırma qabiliyyətini də itirirlər. Narkomaniyaya tutulmuş şəxslər öz həyatlarını bilərəkdən məhv etməklə bərabər cəmiyyət üçün nəinki artıq, həm də təhlükəli bir fərdə çevrilir, qısa bir vaxt ərzində cinayət hadisələri törədirlər. Gənclər arasında narkomanlığın yayılmasının əsas səbəbi sosial-iqtisadi problemlərlə yanaşı, mənəvi-əxlaqi tərbiyənin təşkilində olan qüsurlardır. Qeyd edilmişdir ki, əhali, xüsusilə azyaşlılar və gənclər arasında narkomaniya əleyhinə profilaktik tədbirlər daha intensiv aparılmalıdır. Sağlam nəsil yetişdirmək üçün həyata keçirilən tədbirlər zamanı hər kəs öz köməyini əsirgəməməlidir. Narkomanlığın qarşısını almaq üçün ictimaiyyət hüquq-mühafizə orqanları işçilərinə kömək göstərməlidir. Sosial bəla olan narkomaniyaya qarşı mübarizə aparmaq hamımızın borcudur - vətəndaşlıq borcudur.

  • Əhmədabad kəndində Sabirabad rayon İcra Hakim...

    Əhmədabad kəndində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

    2019-05-14

    Əhmədabad kənd mədəniyyət evində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin xalqın sosial rifahının yüksəldilməsinə, ölkəmizinin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu vətəndaşların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Nazim İsmayılov eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıda duran işlərdən də danışmışdır.

  • Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudo...

    Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş «Qəhrəmanlıq zirvəsi» sənədli filminin təqdimat mərasimi keçirilmişdir

    2019-05-13

    Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş «Qəhrəmanlıq zirvəsi» adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır. Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, yazıçı-publisist Azər Hacıbəyli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mübariz Süleymanlı, «Salnamə» studiyasının rejissoru Kəmalə Musazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və başqaları çıxış etmişlər.

  • Azərbaycan xalqının Ümummilli lideri Heydər ...

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

    2019-05-10

    Sabirabad şəhəri Mədəniyyət Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumrayon tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edərək dahi şəxsiyyətin şəhərimizin mərkəzindəki möhtəşəm abidəsinin önünə gül-çiçək dəstələri düzülmüşdür. Onlar həmçinin Mədəniyyət Mərkəzinin həyətində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycanın xilaskarı Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə etmişdir. O qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yüksək səviyyədə qeyd edilir. O dövrünün canlı əfsanəsi idi. Ulu öndər sovet dövründə də, 1993-cü ilin iyununda xalqın israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra da xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində yüksəlişə, tərəqqiyə nail oldu. Sosial problemlər həll edildi. Müstəqillik əldə edildikdən sonra respublikamızda hərc-mərclik, anarxiya, xaos hökm sürürdü. Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı. Ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Bütün sahələrdə islahatlar aparıldı. Respublikamız gündən-günə inkişaf etməyə başladı. Qısa müddətdə bir çox uğurlara imza atıldı.

  • Sabirabadda Azərbaycan xalqının Ümummilli lide...

    Sabirabadda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi və Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi münasibəti ilə bayram konserti təşkil olunmuşdur

    2019-05-09

    Sabirabad şəhəri Heydər Əliyev adına istirahət parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı illiyi və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibəti ilə tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm bayram konserti olmuşdur. Xalq artistləri Niyaməddin Musayevin, Nazpəri Dostəliyevanın, populyar müğənnilərdən Pərviz Bülbülənin, Türkan Vəlizadənin, Talıb Taleyin, Vasif Əzimovun və Şamil Ağayevin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda atəşfəşanlıq olmuşdur.

  • Sabirabadda 9 May - faşizm üzərində Qələbə ...

    Sabirabadda 9 May - faşizm üzərində Qələbə günü münasibəti ilə rayonda yaşayan Böyük Vətən Müharibəsi əlilləri ilə görüş keçirilmişdir

    2019-05-09

    Sabirabad rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin nümayəndələri 9 May - faşizm üzərində Qələbə günü münasibəti ilə rayonda yaşayan 6 nəfər Böyük Vətən Müharibəsi əlilinə baş çəkmiş, onları təbrik edərək bayram sovqatı vermişlər.

  • Sabirabadda 2019-cu ilin birinci rübünün sosial...

    Sabirabadda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur

    2019-05-07

    Sabirabad rayon İcra Hakimiyyətinin iclas zalında keçirilmiş hesabat yığıncağında cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, məhkəmə-hüquq orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdular. Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkə başçısı ötən il keçirilmiş Prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə qədəm qoyulduğunu, islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını və 2019-cu ilin ölkəmiz üçün daha uğurlu il olacağını bəyan etmişdir. Respublikada olduğu kimi, Sabirabad rayonunda da keçən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın bütün sahələrində yüksək artım müşahidə olunmuşdur.

  • Qaratəpə kəndində Sabirabad rayon İcra Hakimi...

    Qaratəpə kəndində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

    2019-05-07

    Qaratəpə kənd tam orta məktəbinin iclas zalında Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman insanların arasında olduğundan onların problemlərini yaxşı bilir və daim diqqət mərkəzində saxlayır. 2019-cu ilin sosial məsələlərin həlli ilə bağlı daha zəngin bir il olacağını möhtərəm Prezidentimiz hələ ötən il çıxışlarında bir neçə dəfə bəyan etmişdir. Yeni il də dövlət başçısının verdiyi bəyanatlara uyğun bir şəkildə başladı. Bir-birinin ardınca qəbul edilən qərarlar insanlarda öz dövlətinə və Prezidentinə olan inamı daha da artırdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılanmışdır. Dövlət başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirən insanlar belə tədbirlərin davamlı olacağını əminliklə ifadə edirlər. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə möhtərəm Prezidentimizin «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Sosial cəhətdən qayğıya ehtiyacı olanların, aztəminatlı ailələrin, şəhid ailələrinin, əlillərin və məcburi köçkünlərin qarşılaşdığı problemlərin aradan qaldırılması, xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritetini təşkil edir. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondunun da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

  • Minbaşı kəndində səyyar görüş-qəbul keçi...

    Minbaşı kəndində səyyar görüş-qəbul keçirilmişdir

    2019-05-02

    Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Minbaşı kəndində keçirilib. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, Görüşdə rayon hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edirlər. Bu görüşlərdə əsas məqsəd yerlərdə ümumi vəziyyəti öyrənmək, mövcud olan problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görməkdən ibarətdir. İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və bütün növ əmək pensiyalarının, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin ödənilməsi və qaz limitinin atırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəldildiyini bildirmiş və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

  • Sabirabad rayonunda Çernobıl əlillərinə xüsu...

    Sabirabad rayonunda Çernobıl əlillərinə xüsusi diqqət göstərilir

    2019-04-25

    Sabirabad Bayraq Muzeyində Çernobıl faciəsinin 33-cü ildönümü münasibətilə onların iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirdi ki, dünyanın ən dəhşətli qəzası olan Çernobıl faciəsindən 33 il keçməsinə baxmayaraq bu qəzanın fəsadları hələ də qalmaqdadır. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasını təkid etdi.

  • Sabirabadda rus icmasının üzvləri ilə görü...

    Sabirabadda rus icmasının üzvləri ilə görüş

    2019-04-25

    Provoslavların Pasxa bayramı münasibətilə Sabirabad rayonunda tədbir keçirilmişdir. Tədbirdə rayonda yaşayan rus icmasının üzvləri iştirak etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzimləndiyindən, hər bir insanın dini etiqad azadlığının təmin olunduğundan geniş danışmışdır. Natiq hər il rayonda keçirilən Pasxa bayramının xeyirxahlığın, mərhəmət və səadət duyğularının ifadəsi olduğunu vurğulamış və rusları Pasxa bayramı münasibətilə təbrik etmişdir.

  • Sabirabadda akademik Zərifə xanım Əliyevanın ...

    Sabirabadda akademik Zərifə xanım Əliyevanın anım tədbiri keçirilib

    2019-04-25

    Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Sabirabad rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayonun Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib. Əvvəlcə akademik Zərifə xanım Əliyevanın ömür yolunu əks etdirən foto-stendə baxış keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra onun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon ictimaiyyətinin, ziyalıların, gənclərin iştirak etdikləri tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış etmişdir. O, bu günlər respublikanın hər yerində olduğu kimi, Sabirabadda da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır.

  • Nizami kəndində səyyar qəbul keçirilmişdir

    Nizami kəndində səyyar qəbul keçirilmişdir

    2019-04-23

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nizami kənd mədəniyyət evində səyyar qəbul keçirmişdir. Sakinlər qarşısında çıxış edən Nazim İsmayılov qeyd etmişdir ki, bu ilin ilk iki ayında əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atılmışdır. 3 milyondan çox vətəndaşımızın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və minimum pensiyanın 40 faiz, sosial müavinətlərin iki dəfə, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz, tələbələrin təqaüdlərinin, şəhid ailələrinə verilən müavinətlərin artırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəlmişdir. O həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

  • Azərbaycan Dövlət Aqrar Universitetinin profess...

    Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti Sabirabadda

    2019-04-18

    Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin rayonumuzda təhsil alan XI sinif şagirdləri və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecin tələbələri ilə görüşü keçirilmişdir. Görüşdən əvvəl iştirakçılar ADAU-nun fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qonaqları salamlamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Buna görə də kənd təsərrüfatı üçün kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır. ADAU-nun professor-müəllim heyətinin gəlişində də əsas məqsəd rayonumuzun məktəblərindən və kollecdən şagird və tələbələri Aqrar Universitetə cəlb etməkdir. Bu zaman aqrar sahədə olan kadr qıtlığı aradan qalxar və rayonumuzun kənd təsərrüfatı yüksək ixtisaslı kadrlarla təmin edilər.

  • Sabirabad şəhəri Gənclər Mərkəzində Azərb...

    Sabirabad şəhəri Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən kredit verilməsi ilə bağlı fermerlərlə görüş keçirilmişdir

    2019-04-17

    Sabirabad şəhəri Gənclər Mərkəzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən kredit verilməsi ilə bağlı fermerlərlə görüş keçirilmişdir

əvvəlki [3] növbəti