Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir

28 dekabr 2017 | 16:00

Sabirabad Gənclər Mərkəzində rayon İcra Hakimiyyəti və Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilmişdir.

Aztəminatlı ailələr, əlil və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təşkil edilmiş bayram şənliyində çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov zala toplaşanları hər iki bayram münvsibətilə təbrik etmişdir. Həsən Həsənov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışmışdır. Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev də çıxış edərək uşaqları təbrik etmiş, xoş arzularını çatdırmışdır.

Bayram konserti özfəaliyyət kollektivlərinin, kloun və nağıl qəhramanlarının rəngarəng çıxışı ilə davam etdirilmişdir.

Sonda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr verilmişdir.

Keçidlər