Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir

17 fevral 2018 | 16:00

Fevralın 17-də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad şəhərinin 20 Yanvar küçəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.

Yarmarkada ərzaq, gündəlik tələbat malları satışa çıxarılmışdır. Burada satılan məhsulların keyfiyyəti yüksək olmaqla qiymətləri bazar və digər ticarət şəbəkələrindəki qiymətlərdən ucuz idi. Yarmarkada bazarlıq edənlər buranı gülərüzlə, məmnunluq və razılıqla tərk edirdilər.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası hər həftənin şənbə və bazar günlərində təşkil olunması nəzərdə tutulmuşdur.

Keçidlər