Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər keşirilmişdir

07 mart 2018 | 16:00

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində ilk təlim Sabirabad rayon Gənclər Mərkəzində həyata keçirilmişdir. Layihə Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Multiplayerlər tərəfindən keçirilən təlimlərdə “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” mövzularında müzakirələr aparılmışdır. Layihənin əsas məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. 2 gün davam edən təlimlərdə 80 gənc iştirak etmişdir.

Keçidlər