Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Mədəniyyət Mərkəzində «8 Mart - Beynəlxalq Qadınlar Günü» qeyd edilmişdi

07 mart 2018 | 16:00

Martın 7-də rayon Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Mərasimə idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələrində, dövlət orqanlarında, kənd təsərrüfatında, ictimai təşkilatlarda çalışan qadınların, şəhid ailələrinin, məcburi köçkünlərin nümayəndələri dəvət olunmuşdular.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək cəmiyyətimizdə qadınların əvəzsiz rolundan danışmışdır. O, qeyd etmişdir ki,  rayonumuzun inkişafında qadınların  əməyi böyükdür.   O ümummilli lider Heydər Əliyevin qadınlara daim diqqət və qayğı göstərdiyini, onların problemlərinin həlli sahəsində mühüm tədbirlər gördüyünü vurğulayaraq bildirmişdir ki, hazırda bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse -prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  dövlətimiz, xalqımız üçün çox mühüm işlər görür.

Nazim İsmayılov qadınları bayram münasibətilə təbrik edərək onlara cansağlığı, işlərində muvəffəqiyyətlər, ailə səadəti, köçkün ana və bacılarımıza tezliklə doğma torpaqlarına dönmələrini arzulamışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına layiq görülməsi münasibətilə təbrik edərək xoş arzularını çatdırmışdır.

Sonra Nazim İsmayılov rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına rayon İcra Hakimiyyətinin Fəxri fərmanını və qiymətli hədiyyələr təqdim etmişdir.

Tədbir bayram konserti ilə davam etdirilmişdir.

Keçidlər