Şriftin ölçüsü :

Saytın rəngi :

«Ölkəmizi tanıyaq» tur-aksiyasında rayonumuzun 40 məktəblisi iştirak etmişdir

15 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəbli gənclərin bölgələrə səyahətləri çərçivəsində rayonumuzdan da 40 nəfər şagird bu tədbirə qatılmışdır.

Martın 15-də «Ölkəmizi tanıyaq» tur-aksiyasında iştirak edən 40 nəfər IX-XI sinif şagirdi şəhərimizdəki Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olmuşlar. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov məktəblilər qarşısında çıxış edərək qeyd etmişdir ki, layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı  dinamik  sosial-iqtisadi  inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın  müasir simasını onlara göstərməkdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Təhsil şöbəsi müdirinin müavini Azər Quliyev, valideyn Afət Mustafayev, Qaratəpə kənd tam orta məktəbinin şagirdi Tünal Həsənov çıxış etmişlər. Sonra məktəblilər Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfərə yola düşmüşlər. 

Keçidlər