Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

30 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir.

Dövlət Gömrük Komitəsinin sədri və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qəbuldan öncə Ulu Öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Qəbulda bölgədə yerləşən - Sabirabad, Şirvan, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərinin müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olmuşdur.

Qəbul zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını vermişdir.

Keçidlər