Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir

17 aprel 2018 | 16:00

Aprelin 17-də rayon Mədəniyyət Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası kecirilmişdir. İclasa RİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların və mətbuatın nümayəndələri dəvət olunmuşdular.

İclasda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. Çıxışı zamanı o qeyd etmişdir ki, aprel ayının 11-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə öz iradəsini nümayiş etdirdi. Xalq yenə də müdrikliklə, uzaqgörənliklə seçim etdi. Cənab İlham Əliyevi yenidən özünə rəhbər, lider - Prezident seçdi. İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazandı. Sabirabadlılar da öz iradələrini ifadə etmək üçün Prezident seçkilərində fəallıq nümayiş etdirdilər. Mən bütün sabirabadlıları bu münasibətlə təbrik edirəm.

Aprel ayının 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin də ölkəmiz üçün uğurlu il olacaqını, birinci rübün yekunları bunu təsdiq etdiyini, qarşıda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini, ölkəmizin gücləndiyini, hərtərəfli inkişaf etməsini, bu müsbət dinamikanı ilin sonuna qədər saxlanılacagına əmin oldugunu qeyd etmiş və bu vəzifələrin yerinə yetirilməsi ilə bağlı icra strukturları qarşısında mühüm vəzifələr qoymuş və tapşırıqlar vermişdir.

Respublikada olduğu kimi keçən ilin müvaiq dövrü ilə müqayisədə rayonumuzda da iqtisadiyyatın bütün sahələrində yüksək artım müşahidə olunmuşdur. Ölkə başçısının tapşırığına əsasən 2017-ci ildən başlayaraq rayonlar yerli xərclərdən maliyyələşməklə respublika büdcəsindən heç bir dotasiya almayacaqdır. Bununla bağlı rayonda müəyyən işlər görülür. Bu ilin birinci rübündə rayon büdcənin mədaxil hissəsinin proqnozuna 1 milyon 607 min manat əməl edilmişdir.

Dövlət başçısı sahibkarlar tərəfindən investisiya qoyuluşuna diqqətin artırılmasını bir vəzifə kimi qarşıya qoymuşdur. Bu məqsədlə rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iş adamlarına hər cür şərait yaradılmışdır. Elə bunun nəticəsidir ki, sahibkarlar tərəfindən investisiya qoyuluşu xeyli artmışdır. Təkcə ötən il rayonda özəl investisiya qoyuluşunun həcmi 44 milyon 386 min manat məbləğində olmuşdur. Nizami kəndində “Sabirabad quşçuluq”, Nərimankənd və Şəhriyar kəndlərində istixana komplekslərinin, Qaratəpə və Moranlı kəndlərində pambıq qəbulu məntəqələrinin tikintisini nümunə göstərmək olar. Hazirda Nizami kəndi ərazisində ildə 109 milyon ədəd yumurta, 1400 ton quş əti istehsal edəcək və 150 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan “Muğan quşçuluq” fabrikinin tikintisi başa çatmaq üzrədir və yaxın günlərdə istifadəyə veriləcəkdir. Heydər Əliyev prospektində müasir üslübda şadlıq sarayı inşa edilir, istixana kompleksləri və digər istehsal müəssisələri yaradılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 mart 2018-cı il tarixdə Bərdə rayonuna səfəri zamanı dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində, o pambıqçılığın inkişafı ilə bağlı aidiyyatı qurumlar qarşısında mühüm vəzifələr qoymuş və pambıqçılığın bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etdirlməsini bir daha qeyd etmişdir. Rayonumuzda bu sahəyə diqqət xeyli artmış, 2017-ci ildə 18 min 169 ton xam pambıq istehsal edilmişdir . Cari ildə 15 min 55 hektar sahədə pambıq əkininin aparılması nəzərdə tutulmuş və artıq çiyid səpininə başlanimişdir.

Rayonda pambıqçılıq və taxılçılıqla yanaşı baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Insanların bu sahəyə marağını artırmaq üçün baramanın 1 kiloqramı 9 manata qaldırılmış, cari ildə 15 ton barama istehsal etmək nəzərdə tutulmuşdur.

Ölkə başçısının qayğısı və maliyyə dəstəyi nətıcəsində rayonda abadlıq və quruculuq işləri qeniş vüsat almışdır. Rayon əhalisinin elektrik enerjisinə, təbii qaza və suya olan ehtiyaçının tam ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Sosial müdafiəyə ehtiyacı olan əhalinin aztəminatlı hissəsinin, pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının və bu qisimdən olan bütün təbəqələrin həyat səviyyəsinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Hesabat iclasında Sabirabad Elektrik Şəbəkəsinin rəisi Ayaz Abışov, Sabirabad “Su kanal” idarəsinin rəisi Xaləddin Şahbazov çıxış etmişlər. İclasda qaldırılmış məsələlərə, xüsusilə pambıq əkininə aid problemlərin həlli yolları müzakirə edilmişdir.

İclasa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar vermişdir.

Keçidlər