Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum keçirmişdir

12 noyabr 2018 | 16:00

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 12-də Sabirabad rayon Heydər Əliyev Mərkəzində torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum keçirmişdir

         Aidiyyatı qurumların iştirakı ilə keçən forumda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin rəis müavini Rafiq Süleymanov mövzu ilə bağlı məruzə etmişdir. Natiq torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı tədbir iştirakçılarına məlumat vermişdir.

         Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı qarşılaşdıqları məsələlərə dair suallara cavab verilmişdir.

         Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər