Şriftin ölçüsü :

Saytın rəngi :

Əlicanlı kəndində əhali ilə səyyar görüş keçirilmişdir

04 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun növbəti görüşü dekabrın 4-də Cavad kənd mədəniyyət evində Əlicanlı kənd əhalisi ilə olmuşdur.

Kənd sakinləri qarşısında çıxış edən Nazim İsmayılov aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. O qeyd etmişdir ki, son illərdə pambıqçılığın inkişafında böyük uğurlar əldə edilmişdir. Lakin müvəffəqiyyətlərlə yanaşı bu sahədə nöqsanlarda mövcuddur. Pambıqçılıqda məsuldarlığın yüksəldilməsi, pambığın itkisiz yığılması təmin edilməlidir. Eyni zamanda imkanlardan və ehtiyyat mənbələrindən  səmərəli istifadə edilməlidir.

Kənd sakinlərindən Qismət Abbasov, Arzu İsmayılov, Alış Alışov onları narahat edən məsələlərin həll olunmasını xahiş etmişlər.

Keçidlər