Şriftin ölçüsü :

Saytın rəngi :

Həşimxanlı kəndində səyyar qəbul keçirilmişdir

31 yanvar 2019 | 16:00

Həşimxanlı kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Həşimxanlı kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə irəliləyiş nəzərə çarpır.

İcra başçısı pambıqçılıq sahəsində əldə olunmuş uğurlu nəticələrdən danışmış, eyni zamanda yol verilmiş nöqsanlardan da bəhs etmişdir.

RİHB-nin Həşimxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elsevər Xancanovun məlumatı dinlənilmişdir.

Kənd sakinləri çıxış edərək təklif və mülahizələrini bildirmiş, fikir mübadiləsi etmişlər.

Nazim İsmayılov pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Eyni zamanda kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Keçidlər