Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Igidliyi ilə ölümsüzlüyə qovuşan qəhrəmanlar” adlı tədbir keçirilmişdir

16 mart 2019 | 16:00

Sabirabad şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bakı Gənclər Klubu" ictimai birliyi tərəfindən "İgidliyi ilə ölümsüzlüyə qovuşan qəhrəmanlar” layihəsi üzrə tədbir keçirilmişdir. Layihənin məqsədi - gənclərə dövlətimizin ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında şücayət göstərmiş qəhrəmanları tanıtmaq, onlarda qəhrəman obrazını yaradaraq hərbi vətənpərvərlik ruhunu yüksəltməkdir.

Tədbirdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli gənclərə Qarabağ müharibəsinin səbəbləri, gedişi, müharibə zamanı aparılan döyüşlər, əməliyyatlar haqqında geniş məlumat vermişdir.

Bakı Gənclər Klubu İctimai Birliyinin sədri Azər Cavadov layihənin məqsədi, son 3 ildə təşkilat tərəfindən gənclərdə vətənpərvərlik hissini yüksəlməsi istiqamətində keçirilən görüşlər, görülən işlər və nəticələr haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar vermişdir.

Daha sonra Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, Qarabağ müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov çıxış etmişlər.

Keçidlər