Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraqaşlı kəndində səyyar qəbul keçirilmişdir

02 aprel 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qaraqaşlı kəndində səyyar qəbul keçirmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 3 il ötür. 2016-cı il aprelin 2-də işğalçı Ermənistanın silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Fizuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı minlərlə hektar ərazisini azad etdi. Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən yeni sosial-iqtisadi inkişafdan danışmışdır. Bu ilin əvvəlindən başlayaraq sosial islahatların əhatə dairəsi daha da genişləndirilmişdir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar artıq öz nəticələrini verir və vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə xidmət edir. 

Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, ölkəmizdə kənd təsərrüfatının, xüsusilə pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi kənd sakinlərində böyük maraq doğurmuş, onların gəlirlərinin artmasına səbəb olmuşdur.

Kənd sakinlərindən Məmmədov Rafiq Mirzəyev Abasəli Rəhimov Şahin və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

Keçidlər