Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti Sabirabadda

18 aprel 2019 | 16:00

Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyətinin rayonumuzda təhsil alan XI sinif şagirdləri və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecin tələbələri ilə görüşü keçirilmişdir.

Görüşdən əvvəl iştirakçılar ADAU-nun fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qonaqları salamlamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Buna görə də kənd təsərrüfatı üçün kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır. ADAU-nun professor-müəllim heyətinin gəlişində də əsas məqsəd rayonumuzun məktəblərindən və kollecdən şagird və tələbələri Aqrar Universitetə cəlb etməkdir. Bu zaman aqrar sahədə olan kadr qıtlığı aradan qalxar və rayonumuzun kənd təsərrüfatı yüksək ixtisaslı kadrlarla təmin edilər.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Universitetin tələbə qəbulu üzrə məsul katibi, dosent Telman Musayev, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Fariz Ələkbərov, ictimai elmlər və multikultiralizm kafedrasının dosenti Elgün Aslanov çıxış edərək kənd təsərrüfatı üçün ixtisaslı kadrların yetişdirilməsində universitetdə görülmüş işlərdən, aqrar sahəni bilikli və bacarıqlı kadrlarla təmin etmək məqsədilə qarşıda duran vəzifələrdən danışmış, kənd məktəblərindən şagirdlərin universitetə qəbulunun prioritet vəzifə olduğunu diqqətə çatdırmışlar.

ADAU-nun “Baytarlıq” ixtisasının I kurs tələbəsi Hüseyn Kazımlı, Aqrar Universitetin “Torpaqşünaslıq və aqrokimya” ixtisasının III kurs tələbəsi Ellada Zülfüqarlı tədbirdə çıxış etmişlər.

Sabirabad Dövlət Sosial-İqisadi kollecinin direktoru Mahir Tarverdiyev, rayon Təhsil şöbəsi müdirinin müavini Azər Quliyev, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov bir sıra təklif və mülahizələrlə çıxış etmişlər.

Keçidlər