Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədabad kəndində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir

14 may 2019 | 16:00

Əhmədabad kənd mədəniyyət evində Sabirabad rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin xalqın sosial rifahının yüksəldilməsinə, ölkəmizinin daha da inkişaf etdirilməsinə xidmət edən sərəncamları, fərmanları və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu vətəndaşların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.

Nazim İsmayılov eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıda duran işlərdən də danışmışdır.

Daha sonra vətəndaşların müraciətlərinə baxılmışdır. Səyyar qəbulda iştirak edən  Köşəli Muradov, Ənvər Dişadze, Zöhrab Kaxidze və başqaları müxtəlif xahiş və təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, məhkəmə sədri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər