Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadın Yolçubəyli kəndində səyyar görüş-qəbul keçirildi

21 may 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Yolçubəyli kəndində keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayon hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq bildirib ki, mütamadi olaraq əhali ilə görüşlər keçiririk, bu görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir.

İcra başçısı bu ilin ilk aylarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inqilabi islahatlara imza atıldığını qeyd etmiş, vətəndaşlarıın maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi, minimum əmək haqqının və bütün növ əmək pensiyalarının, şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlərin ödənilməsi və qaz limitinin atırılması barədə verilmiş sərəncamlar islahatların tərkib hissəsi olaraq xalqın rifahına yönəldildiyini bildirmiş və o, həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Görüşdə iştirak edən 110 nəfər kənd sakinindən 8 nəfərin çıxışı qeydə alınmışdır. Gülbala Əkbərov, Rabil Cəfərov, Əlövsət Mövləmov, Teyyub Mikayılov, Anar Şıxəlisoy, Veysəl Şıxıyev, Haqverdi Əliyev, Cənnət Gözəlov çıxış edərək kənddə enerji təsərrüfatının yenidən qurulmasına, kəndlərarası avtomobil yolunun əsaslı təmirinə, rabitə və internet xidmətinin yaxşılaşdırılmasına və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər. İcra başçısı 13 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir. Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Keçidlər