Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclərin Həmrəyliyi" İctimai Birliyi Sabirabadda tədbir keçirmişdir

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə Sabirabad Gənclər Mərkəzində "Gənclərin Həmrəyliyi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan regionlarında vətənpərvərliyin təbliği mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində gənclərlə görüş keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, layihə rəhbəri Zülfiyyə Nuriyeva, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda qəhrəmanlar haqqında video-çarx nümayiş etdirilmişdir.

Keçidlər