Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda maarifləndirici tədbir keçirilmişdir

04 iyul 2019 | 16:00

Sabirabad Gənclər Mərkəzində Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə «Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması» mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd gənclərin karyera inkişafına, maariflənməsinə, təhsil alan və ya işləyən ali təhsilli gənclərin dövlət qulluğuna maraq və imkanlarının artırılmasına, onların bu xidmətə daxil olmalarının stimullaşdırılmasına, bu sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağa, məşğulluğun təmin olunmasına və bu sahədə davamlı, müntəzəm fəaliyyətlərin təşkilinə böyük dəstək və yardımçı olmaqdır.

Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışdır. Sonra təşkilatın sədri Asif Əsgərli layihə haqqında məlumat vermişdir. Layihənin eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirakçılarla mövzu ətrafında təlim keçirmişlər.

Keçidlər