Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş ümumrayon tədbir keçirilmişdir

09 iyul 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sonra rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov geniş məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Müasir Azərbaycan tarixinin son yarım əsirlik dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı. Azərbaycanın bir çox dəyərli elm, mədəniyyət, incəsənət adamları o dövrün ən yüksək fəxri adlarına layiq görüldülər. Bütün bunların hamısı Ulu öndər Heydər Əliyevin ölkə qarşısında möhtəşəm xidmətlərdir ki, bunların sayəsində respublikamız böyük bir inkişaf yolu keçmişdir. Torpaq, Vətən və bayraq sevgisini ikinci dəfə hakimiyyətə gəlişi ilə xalqımıza bəxş edən Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolu, strateji inkişaf kursunu bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük əzmlə davam etdirir.

Sonda Ümummilli lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Keçidlər