Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad şəhərində növbəti "ASAN Yay Festivalı" keçirilmişdir

24 avqust 2019 | 16:00

“ASAN Könüllüləri" Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə Sabirabad şəhərində növbəti "ASAN Yay Festivalı" keçirilmişdir. Sabirabad şəhəri Heydər Əliyev adına parkda baş tutan festivala Sabirabad gəncləri ilə yanaşı qonşu şəhər və rayonlardan gələn gənclər də qoşulmuşdur.  

Konsertdə Ramil Nabran və Murad Arif geniş proqramla çıxış etmişlər. Daha sonra DJ Spider gecəni davam etdirərək gənclərin əyləncəsini təşkil etmişdir. Festival çərçivəsində "Bir əldə iki qarpız tut" yarışı keçirilmişdir. 

"ASAN Yay Festivalı"na "ASAN Xidmət Mərkəzi"nin Rəqəmsal Könüllüləri və İmişli "ASAN Həyat" Kompleksinin də könüllüləri qatılmışlar. "ASAN Yay Festivalı" bunda əvvəl Masallı, Mingəçevir "ASAN Həyat" Komplekslərində və Gəncə "ASAN Xidmət Mərkəzi”ndə keçirilib. Növbəti görüş İmişlidə nəzərdə tutulmuşdur

Keçidlər