Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul etmişdir

20 sentyabr 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 20 sentyabr 2019-cu il tarixdə Sabirabad rayonunda vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Saleh Məmmədov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Sabirabad şəhəri mərkəzi meydanda ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılmışdır. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilmişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülmüşdür. Sabirabad və Saatlı rayon sakinləri bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığına görə razılıqlarını bildirmişlər.

Keçidlər