Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Məmişlər kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir

15 oktyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyəti başçısı qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Qaralar kənd inzibati ərazi dairəsinin Məmişlər kəndində keçirilmişdir. 

Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlbaba Əliyev, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, həmçinin 90 nəfər kənd sakini iştirak etmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, cənab Prezidentin tapşırığına əsasən Sabirabad rayonunda görülən işlər barədə ətraflı məlumat verib. İcra başçısı kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın inkişafı istiqamətdə görülən işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı məlumat verib.

 Görüşdə 11 kənd sakini çıxış edərək onları narahat edən məsələlərdən danışıblar. Həmin məsələlərlə bağlı icra başçısı tərəfindən aydınlıq gətirib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər