Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Azərbaycan Naminə” adı altında flaşmob keçirilmişdir.

16 oktyabr 2019 | 16:00

Sabirabad şəhərinin Mərkəzi Meydanında, Ümummilli Lider Heydər Əliyevin abidəsi qarşısında "Azərbaycan Naminə" adlı flaşmob keçirilmişdir. 18 oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbirdə 200-dən yuxarı gənc iştirak etmişdir. Müxtəlif vətənpərvər mövzulara həsr olunmuş çıxışlarda rayon gəncləri ölkəmizə, vətənimizə olan məhəbbətlərini nümayiş etdirmişlər. Uzunluğu 40 metr olan Azərbaycanın Dövlət Bayrağı musiqi sədaları altında meydana gətirilmişdir. Dövlət Bayrağının fonunda gənclər “Azərbaycan Naminə” sözlərini yazmışlar. Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Keçidlər