Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda ümumi təhsilin inkişafına dair regional hesabat yığıncağı keçirilmişdir

18 dekabr 2019 | 16:00

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sabirabad , Saatlı və İmişli rayon təhsil şöbələrinin işçiləri və məktəb direktorları iştirak etmişlər.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanındakı əzəmətli abidəsi ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.

Tədbirin birinci hissəsində Sabirabad , Saatlı və İmişli rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil nazirinin müvafiq əmrlərinin vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilmişdir.

Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirmiş, ötən il təhsil sahəsində həyata keçirilən işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə də toxunmuş, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə etmişdir.

Daha sonra yuxarıda adları çəkilən rayonların təhsil şöbələrinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə müzakirələr aparılmışdır. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək şagirdlərin beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan, məktəblərin ali təhsil müəssisələrinə qəbul göstəricilərindən danışaraq nəticələrin yaxşılaşdığını diqqətə çatdırmışdır. O, təhsil sahəsində bu gün uğurlu nəticələrin əldə olunmasında islahatlarla yanaşı dövlətin təhsilə qayğısının böyük rol oynadığını bildirmişdir.

Görüş iştirakçıları ilə fikir mübadiləsi aparılmış, təkliflər dinlənilmişdir.

Tədbirdə eyni zamanda xüsusi fəaliyyətinə görə fərqlənən təhsil işçiləri təltif olunmuşlar.

    

Keçidlər