Şriftin ölçüsü :

Saytın rəngi :

Əliləmbəyli kəndində növbəti səyyar görüş-qəbul keçirildi

04 fevral 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Əliləmbəyli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. RİH-nin məsul işçilərinin, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi  səyyar görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial sahədə aparılan islahatlar və iqtisadi nailiyyətlər barədə geniş məlumat verib, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bununla bağlı görülən işlərdən danışıb.

Səyyar görüşdə iştirak edən sakinlər rayonda, o cümlədən kəndlərdə görülən quruculuq işləri ilə bağlı dövlətimizin başçısına öz razılıqlarını ifadə ediblər. Onlar əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən kənd sakinləri onları narahat edən bir sıra məsələlər qaldırıblar. Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib və icrasını nəzarətə götürüb.

Keçidlər