Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyi fəaliyyətə başlayıb

21 fevral 2020 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyinin Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak etmişlər.

Açılış tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb. Bildirilmişdir ki, ölkə başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyətinin əsas məqsədi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin hərtərəfli inkişafını təmin etməkdən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı qazanacaqlar. Gənclərin bu imkanlardan yararlanmalarının və sıx əməkdaşlığa cəlb olunmalarının vacibliyi qeyd edilmişdir.

Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, bir çox şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ay ərzində ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəlikləri yaradılacaq.

İştirakçılar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən muzeyə ekskursiya ediblər. Eyni zamanda, mərkəzin imkanları barədə onlara ətraflı məlumat verilib.

Açılış tədbiri gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam edib. Həmçinin rayon gəncləri “Gənc könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Keçidlər