Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

16 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq Sabirabad rayon İcra Hakimiyyətində də vətəndaşların kollektiv və fərdi qəbulu müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

Sabirabad rayon İcra Hakimiyyətinə elektron qaydada və ya telefon vasitəsi ilə müraciət etmək olar.

1. Elektron müraciət:

Elektron qaydada müraciət etmək üçün Sabirabad rayon İcra Hakimiyyətinin sabirabad-ih.gov.az rəsmi saytında “Elektron müraciət” bölməsinə daxil olub müraciət edə bilərsiniz.

/feedback.html

 

2. E-mail vasitəsi ilə

Sabirabad rayon İcra Hakimiyyətin rəsmi e-maili olan mail@sabirabad-ih.gov.az ünvanına müraciət göndərə bilərsiniz.

 

3. Telefon vasitəsi ilə:

Sabirabad rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xətt” 02123-5-83-84 nömrəsi ilə əlaqə saxlamaq və ya 02123-5-52-36 nömrəsinə faks göndərə bilərsiniz.

 

Sabirabad rayon İcra Hakimiyyəti

Keçidlər