Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi dövründə könüllülərin fəaliyyəti daha da genişlənmişdir

19 may 2020 | 16:00

2009-cu ildə «Könüllü fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq könüllülük bir çox fəaliyyət sahələrinə daxil olaraq ümummilli hərəkata çevrilmişdir. 2013-cü ildə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında ASAN Könüllüləri təşkilatı yaradılmış, 2014-cü il dekabrın 16-da Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilmişdir. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin inkişafı üçün  səmərəli istifadə etmək, peşələrin incəliklərini öyrənmək və özünü tanımağa imkan yaratmaq könüllülük fəaliyyətinin əsas prinsipləri kimi qəbul edilmişdir. İnsanları vahid bir niyyət, sağlam düşüncə, ehtiyacı olana təmənnasız kömək ətrafında birləşdirən könüllülük hərəkatı bu gün 20-yə yaxın könüllü təşkilatlarını, ictimai birlikləri Azərbaycan Könüllüləri Əlaqələndirmə Mərkəzində birləşmişdir. Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə «Könüllülər ili» elan edilməsi könüllülük hərəkatının inkişafına böyük təkan vermiş, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlərin gənclər arasında yayılmasına mühüm töhvə vermişdir.  

COVİD-19 koronavirus xəstəliyinə qarşı həyata keçirilən mübarizə tədbirlərində könüllülərin də öz payı vardır. Sabirabad rayon İcra Hakimiyyətinin, Sabirabad ASAN Xidmət və YAP Sabirabad rayon təşkilatının könüllüləri bu işdə daha yaxından iştirak etmişlər. Belə ki, karantin rejimi dövründə könüllülər tərəfindən tənha qocalara, aztəminatlı ailələrə, şəhid ailələrinə, sağlamlıq imkanı məhdud olan şəxslərə gündəlik təlabat mallarından ibarət bağlamaların, onlara tibbi maskaların, digər antiseptik maddələr çatdırılmış, həmçinin vətəndaşlara öz vəsaitləri hesabına gündəlik ərzaq məhsullarının, dərman preparatlarının alınmasına və kommunal ödənişlərin həyata keçirilməsinə köməklik göstərmişlər.

Keçidlər