Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 iyun 2020 | 16:00

1950-ci ildə BMT Baş Assambleyasının Qərarı ilə hər il 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” kimi qeyd olunmağa başlamış və bu gün də ümumxalq bayramı kimi qeyd olunur.

Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayır. Son illər ərzində sürətli iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanda yeni təhsil müəssisələri, uşaq bağçaları, idman-sağlamlıq kompleksləri istifadəyə verilib. Bütün bunlar uşaqlara dövlət qayğısının gücləndirilməsinə, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılmasına və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir. Qeyd edirik ki, dövlət başçısının Sərəncami ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunmuşdur.

Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Uşaqların cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.

Sabirabad rayonunda da uşaqların fiziki, psixi və mənəvi sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmana cəlb olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər də ölkəmizdə bu istiqamətdə formalaşan ənənələrin hələ uzun illər yaşayacağına zəmanət verir. Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda uşaqlarla bağlı mühüm layihələr reallaşdırılır. Fondun fəaliyyəti Azərbaycanın gələcəyi hesab edilən uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının səfərbər edilməsinə yönəlib. Bütün bunlar uşaqlarımızın hərtərəfli inkişafı, müasir beynəlxalq standartların tələblərinə cavab verən təhsil, səhiyyə xidmətləri ilə təmin olunması üçün edilir. Fond tərəfindən bu istiqamətdə həyata keçirilən müxtəlif layihələr Azərbaycanın ən qiymətli milli sərvəti olan uşaqların - genofondumuzun qorunub saxlanmasına və daha da inkişafı işinə xidmət edir.

Keçidlər