Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair video konfrans keçirilmişdir

23 iyun 2020 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair video konfrans keçirilmişdir. Video konfransda Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Orxan Məmmədyarov çıxış etmişdir. O qeyd etmişdir ki, indi kənd təsərrüfatı işlərinin qızğın dövrüdür. Odur ki, başlıca vəzifə rayonların və digər yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin, obyektlərin, bina və qurğuların təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılmasını, onların aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etmək, yanğınların insanlara və ətraf mühitə təsirini aradan qaldırmaq, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumaqdır. Eyni zamanda Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə Tədbirlər Planı hazırlanmış rayon İcra Hakimiyyətinin başçısı ilə razılaşdırılmışdır.

 Qeyd olunan Tədbirlər Planından irəli gələn tələblərlə əlaqədar olaraq yerli inzibati ərazi dairəsi üzrə nümayəndələrə əhali ilə daim ünsiyyətdə olarkən yanğının törədə biləcəyi fəsadlar haqqında məlumatların verilməsi, habelə dənli və texniki bitkilərin biçini ilə əlaqədar olaraq əraziyə daxil olan texnikalara baxışın keçirilməsi və bu texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinə, sazlığına, atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsinə diqqət yetirmələri tapşırığı verildi. Kombaynların biçini zamanı həmin əraziyə kotanlı traktorun cəlb edilməsi, sahədə açıq oddan istifadə olunmaması, tütün məmulatlarından istifadə edilməməsi, yanğınların söndürülməsi üçün ilkin yanğınsondürmə vasitələrin mövcudluğu barədə məlumat bir daha onların nəzərinə çatdırılmışdır.

Video konfransda çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov müzakirə olunan məsələnin daim diqqət mərkəzində olduğunu qeyd etmiş və video konfrans iştirakçılarına işlərində uğurlar arzulamışdır.

Keçidlər