Şriftin ölçüsü :

Saytın rəngi :

Atəşkəsin pozulmasında bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür

15 iyul 2020 | 16:00

İyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata layiqli cavab verilmişdir. Ordumuzun endirdiyi sarsıdıcı artilleriya zərbələri ilə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistanda ölkədaxili narazılığın artdığı bir dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır. Ermənistanın silahlı qüvvələrinin təxribatı nəticəsində əsgərlərimizdən şəhid olanlar da vardır.  Rayonlarda şəhidlərimizin dəfni böyük hörmət və ehtiramla keçirilmidir. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə etmişlər. Ölkəmizdə bu günlər  əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.

Respublikamızın Prezidenti, ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirmişdir ki, Azərbaycan tərəfi münaqişənin siyasi müstəvidə həllinin tərəfdarıdır. Lakin danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda geniş miqyaslı hərbi əməliyyatların olması labüddür.

Türkiyə Cümhuriyyəti də Ermənistan tərəfindən atəşkəsin pozulmasını pisləmiş və bu məsələdə daim Azərbaycanın yanında olduğunu bildirmişdir. Türkiyə Xarici İşlər Nazirliyi təxribatdan dərhal sonra bəyanat verərək Ermənistanın törətdiyi təxribatı kəskin tənqid etmişdir. İran İslam Respublikasının Xarici işlər Nazirliyi də atəşkəsin pozulması və Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təsdiq etmişdir.

Keçidlər