Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olmuş iclası keçirilmişdir

16 iyul 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olmuş iclasda qeyd olunmuşdur ki, erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan ərazisinə soxulmaq cəhdi Ermənistanın işğalçı və təcavüskar siyasət yürütməsinin növbəti təsdiqidir. Torpaqlarımızın keşiyində mərdliklə durmuş vətən övladları artilleriyadan da istifadə etməklə düşmənin hücumunun qarşısını qəhrəmancasına aldılar. Düşmənin onlarla hərbçisi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi məhv edilmişdir. Erməni hərbi birləşmələrinə sarsıdıcı zərbənin vurulması bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını almağa qadirdir. Təəssüf ki, əsgərlərimizdən həlak olan və yaralananlar vardır. Lakin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, o uzun illər bundan sonra da yaddan çıxarmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov istedadlı komandir idi. O Aprel döyüşlərində də igidlik və rəşadət göstərmişdir. Yüksək dövlət ordeni ilə təltif edilmişdir. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur ermənilər ən çirkin əməllərə əl atmışlar. Bizim kəndlərimizi atəşə tutmuşlar. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir. Ermənistan heç vaxt qələbə qazana bilməz. 1990-cı illərin əvvəllərində torpaqların itirilməsi o vaxt hakimiyyətə can atan Azərbaycan Xalq Cəbhəsinin və onun havadarlarının xəyanəti idi.

Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Ermənistanda demokratik prinsiplər tamamilə pozulmuşdur, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Keçidlər