Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın diplomasiyası hücum diplomasiyası olmalıdır

17 iyul 2020 | 16:00

Ermənistan Azərbaycan Ordusu tərəfindən layiqli cavab almışdır. Təxribat törədiləndən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişlər. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışında dövlət başçısı qeyd etmişdir ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri də bunu bilirlər. Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirmiş, göstərişlər vermişdir. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.

Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük  Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər.

Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə də bir yerdədir. Bu, xalq-iqtidar birliyini sübut edən daha bir göstəricidir.

Ordumuza, qəhrəman əsgərlərimizə dəstək məqsədilə iyulun 13-də çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Lakin təəssüf ki, bu iztihama bəzi təxribatçı qruplar da daxil olmuşlar. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri də olmuş, qanunsuz əməllər törətməyə çalışmışlar.  Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən onların qanunsuz hərəkətlərinə son qoyulmuşdur. nin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Keçidlər