Şriftin ölçüsü :

Saytın rəngi :

Elektron xidmətlər

  Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında “Elektron müraciət” bölümü və saytımızdan istifadə edən vətəndaşların elektron hökumət portalına birbaşa keçidini təmin etmək üçün "e-gov.az" keçid linki yaradılmışdır. 

 

Elektron hökumət haqqında ümumi məlumat

“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.

Layihənin məqsədi 

  • Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
  • Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
  • İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
     

Layihənin həyata keçirilməsinin əsas istiqamətləri

  • E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
  • E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
  • “Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
  • Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
  • E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
  • Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması

 

E-hökumət infrastrukturunun əsas komponentləri

  • Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
  • E-hökumət portalı
  • E-hökumət şlüzü
  • İnformasiya resursları və sistemlərinin dövlət reyestri
  • E-imza üzrə milli infrastruktur
  • E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
  • E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)                                                                                      

Layihənin əsas üstünlükləri

1. Hökumət üçün 

  • Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
  • Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
  • Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
  • Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması
     

2. Vətəndaşlar üçün

  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
  • İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi
     

3. Biznes sektoru üçün 

  • Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
  • İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması
     

Layihənin icrasından əldə olunacaq nəticələr: E-xidmətlərin göstərilməsi

Vətəndaşlar üçün e-xidmətlər:

  • Gəlir vergisi
  • İş axtarışı (müəssisələrdə vakansiyalar)
  • Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
  • Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
  • Avtomobillərin qeydiyyatı
  • “On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
  • Yaşayış yerində qeydiyyat
  • Səhiyyə xidmətləri (e-məsləhət) və s.
     

Biznes sektoru üçün e-xidmətlər:

  • Sosial fondlara ödəmə
  • E-bəyannamə, e-vergi hesab-fakturası
  • Yeni şirkətlərin qeydiyyatı
  • Gömrük bəyannamələri
  • E-lisenziya
  • E-satınalma, e-kotirovka
  • E-hərrac
  • Arayışların verilməsi və s.
Keçidlər