Şriftin ölçüsü :

Saytın rəngi :

Çöl Beşdəli kəndində əhali ilə görüş keçirilmişdir

03 may 2018 | 16:00

Mayın 3-də Çöl Beşdəli kənd tam orta məktəbində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Çöl Beşdəli kəndinin sakinləri ilə görüşmüşdür. 

Nazim İsmayılov aqrar sahədə qazanılmış uğurlardan danışmış, eyni zamanda bildirmişdir ki, pambıqçılıqda vəziyyət qənaətbəxş deyildir. Nöqsanları aradan qaldırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalı, imkanlardan maksimum səmərəli istifadə edilməlidir. Rayon İcra Hakimiyyətinin başçısının Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qalib İbrahimov və bələdiyyə sədri Qabil Məmmədovun məlumatları dinlənilmişdir.

Görüşdə kənd sakinləri Zaur Azayev, Elizbar Xankişiyev, Əflan Həsənov və başqaları çıxış edərək həlli vacib olan məsələlər qaldırmaşlar.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.

Keçidlər