Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Olimpiya İdman Kompleksində futbol fetstivalı keçirilmişdir

25 dekabr 2018 | 16:00

Sabirabad Olimpiya İdman Kompleksində futbol festivalı keçirilmişdir. Festivalda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, AFFA-nın I vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Millət vəkilləri İlham Əliyev, Elçin Quliyev və gənc idmançılar iştirak etmişlər.
Festivalda giriş sözü ilə çıxış edən Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti, Sabirabad Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev ölkəmizdə idmana və dövlət gənclər siyasətinə göstərilən diqqət və qayğıdan danışmışdır.

AFFA-nın vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxışında bildirmişdir ki, belə görüşlərin təşkili istedadlı uşaqların aşkar edilməsi, onların gələcəkdə milli komandamıza namizəd hazırlanması işində çox əhəmiyyətlidir. Azərbaycanda futbolun böyük adət-ənənələri vardır.

Sonra Milli Məclisin deputatları İlham Əliyev, Elçin Quliyev çıxış edərək qeyd etmişlər ki, ölkə rəhbəri idmanımızın inkişafına böyük diqqət və qayğı göstərir. Bu günkü festival da məhz belə diqqət və qayğının bir nümunəsidir. Gələcəyimiz, ümid yerimiz uşaqlardır. Onların sıralarında da istedadlı uşaqlar vardır.

Sonda çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov belə bir möhtəşəm festivalın Sabirabad rayonunda təşkil edildiyinə görə AFFA rəhbərliyinə və Millət Vəkillərinə təşəkkürünü bildirmişdir.

Rəsmi hissənin sonunda məktəbli şagirdlərə futbol geyimləri və futbol topları hədiyyə edilmişdir.

Keçidlər