Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir.

12 fevral 2020 | 16:00

Son zamanlar qaz təsərrüfatının istismarı dövründə təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi nəticəsində bir sıra bədbəxt hadisələr baş vermişdir. Belə bədbəxt hadisələrdən uzaq olmaq üçün təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. Belə ki, istənilən satış mərkəzində əldə edilən məişət cihazının müvafiq sənədləri ilə, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və. s sənədləri ilə tanış olmalı, onların istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır;  

Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir;

Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz;

Quraşdırılan hər bir məişət qaz qızdırıcısı standarta uyğun olmalı,onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadə zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir;

Qış mövsümü başlamazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirməli, tüstü bacalarının sazlığı və işə yararlığı yoxlanılmalı, yalnız bundan sonra cihaz istismara buraxılmalıdır. Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz;

Tüstü boruları binaların dam örtüyünün xarici səthindən 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı,tüstü borularının təmizlənməsi qış mövsümü başlamazdan əvvəl həyata keçirilməlidir;

Nasaz qaz cihazlarının istismar edilməsi, işlətməyə lüzum olmadıqda qaz cihaz və borularının açarlarının açıq vəziyyətdə saxlanılması, mətbəx və digər əşyaların qaz cihazlarına 20 sm-dən  yaxın məsafədə yerləşdirilməsi qadağandır;

Sobaların həddən artıq qızmasına yol vermək, yanar vəziyyətdə olan sobaları nəzarətsiz qoymaq və ya həmin cihazların istismarını azyaşlı uşaqlara həvalə etmək olmaz;

Otaqda qaz iyi hiss etdikdə dərhal qazın verilməsi dayandırılmalı,otağın pəncərələrini açaraq havasını dəyişdirməli və qəza-təmir xidmətinə xəbər verilməlidir. Nasazlıq aradan qaldırılana qədər otaqda siqaret çəkmək, kibritdən, açıq alovdan, elektrik cihazlarından istifadə etmək olmaz.

Əgər dəm qazından zəhərlənmə halları baş veribsə, unutmayın:

İlk öncə zərərçəkəni dərhal təmiz havaya (ilin isti vaxtında küçəyə, soyuq mövsümündə isə havası yaxşı dəyişdirilən otağa) çıxarmalı və kürəyi üstə uzatmaq lazımdır;

Zərərçəkənin bütün bədəni aktiv hərəkətlərlə ovuşdurulmalı,başına və sinəsinə soyuq kompress qoyulmalıdır;     

Zərərçəkmişin huşu özündədirsə, ona çay içirtmək məsləhətdir,əgər huşunu itiribsə onun burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılır;

Zərərçəkmişin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və təcili tibbi yardım çağırmaq lazımdır.

2017-2018-ci illərdə qeydə alınmış yanğın hadisələrinin təhlil aparılarkən məlum olmuşdur ki,  qeydə alınan yanğın hadisələrinin baş vermə səbəblərinin 78%-i elektrik təsərrüfatında mövcud olan nasazlıqdan olmuşdur. Bu nasazlıqlardan əsasən mənzil daxilə çəkilmiş elektrik xəttlərinin mütəxəssis tərəfindən deyil mənzil sahiblərinin özləri  tərəfindən EQQQ-nın tələblərinə uyğun çəkilməməsidir. Belə ki, elektrik xətləri daxildə quraşdırılmış elektrik cihazlarına uyğun çəkilməyərək avtomatik qoruyuculardan istifadə edilmir, elektrik xəttləri yanar materialların üzərindən aparılır, elektrik lampaları qapalı flakonlara salınmır, nasaz elektrik xətlərindən və açarlarından istifadə edilir, qızdırıcı elektrik cihazlarının ətrafı yanar materiallarından təmiz saxlanılmır, soyuq havalarda bir elektrik xəttinə bir neçə elektrik qızdırıcısının qoşulması mənzildaxili elektrik şəbəkəsinin yüklənməsinə şərait yaradır ki, bu da gələcəkdə yanğın hadisələrinin baş verməsinə səbəb olur.

Bildiyiniz kimi yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması sahələrindən biri də milli sərvətimiz olan meşə sahələridir. Meşə sahələrində yanğın təhlükəsizliyini təmi etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır. Bunlardan taxıl sahələri və otlaq sahələri ilə həmsərhəd olan meşə sahələrinin ətrafı 4 metr enində şumlanmalıdır. Meşələrə gedən avtomobil yolları nəzarətə götürülməli, həmin yerlərdə postlar qoyulmalı, giriş-çıxış yollarının sayı dəqiqləşdirilərək mümkün qədər azaldılmalı, həmin ərazidə çalışan və istirahət üçün gəlmiş insanlar yanğın təhlükəsizliyi barədə təlimatlandırılmalı, meşə sahələri üzrə Yanğın Təhlükəsizliyinə cavabdeh şəxs təyin edilməli,  baş verə biləcək yanğınların yol kənarlarından meşə sahələrinə yayılmasının qarşısının alınması mədsədi ilə yolların kənarları şumlanmalı, baş verə biləcək yanğınların mütəşəkkil söndürülməsi məqsədi ilə meşə sahələrinin yaxınlığında yerləşən yaşayış məntəqələrində yanğınsöndürmə dayaq məntəqələri yaradılmalı, meşə və meşə zolaqlarında baş vermiş hər hansı bir yanğının mütəşəkkil söndürülməsi məqsədi ilə meşə sahələrinin yaxınlığında yerləşən yaşayış məntəqələrində, göllərə və süni su mənbələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşıb su göturulməsi üçün şərait yaradılmalı, meşəyə yaxın olan yaşayış yerlərində, yol kənarlarında, meşələrdə yerləşən müvəqqəti istirahət yerlərində, meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət haqda xəbərdarlıq, qadağanedici lövhələr vurmalı, meşələrdə açıq oddan istifadə edilməsini tam qadağan etməli, meşə və meşə zolaqlarında baş vermiş hər bir yanğın hadisəsi barədə dərhal 112 xidmətinə zəng edilməlidir.

Tərəfimizdən aparılmış manitorinqlər zamanı yuxarıda qeyd edilən yanğına qarşı nöqsanlardan Hirkan Milli Parkı tərəfindən daima nəzarətə götürülərək icrasına nail olduqları müaəyyən edilmişdir. Belə ki, Hirkan Milli Parkında könüllü yanğın dəstələri yaradılaraq, ərazidə baş verəbiləcək yanğınların operativ söndürülməsi üçün dayaq nöqtələri müəyyən edilərək xüsusi yanğınsöndürən su çəlləkləri və ilkin yanğınsöndürən vəsaitlərlə təmin edilmiş, meşəyə giriş çıxış yolları məhtudlaşdırılaraq,  yanğına qarşı mühafizə zolaqları çəkilmişdir.

Keçidlər