Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri də qoşulub

18 iyun 2020 | 16:00

Bu kampaniya çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Sabirabad rayonunun müxtəlif ərazilərində vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb və onların əlləri dezinfeksiya edilib. Daha sonra rayon sakinlərinə əlcək və maska paylanıb.

Eyni zamanda bankların, poçt məntəqələrinin qarşısında növbə sisteminin yaradılması və sosial məsafənin saxlanılması ilə bağlı könüllülər tərəfindən işlər görülməkdədir.

Sosial kompaniya hal-hazırda da rayon ərazisində davam etdirilir. Qoruyucu ləvzimatlarla yanaşı, sakinlərə maarifləndirici flayerlər verilir ki, həmin flayerlərdə COVID-19 pandemiyasından qorunmaq üçün faydalı tövsiyyələr verilib.

Keçidlər