Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Sabirabad rayonunda vacib infrastruktur obyektləri

Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdir. Hazırda rayon mərkəzinə və 74 kənddən 62-nə təbii qaz verilir. 2015-ci ildə görülən işlər nəticəsində 35 kəndə, 2016-cı ildə isə 10 kəndə (Nizami, Şəhriyar, Muğan Gəncəli, Cəngən, Salmanlı, Minbaşı, Əlicanlı, Muradbəyli, Türkədi və Narlıq ) təbii qaz verilmişdir. Rayonun Yuxarı Axtaçı, Zəngənə və Yastıqobu kəndlərinə təbii qaz xətti çəkilmişdir. Bundan əlavə Şəhriyar və Güdəcühür köçkün qəsəbələrində məskunlaşan 434 və Rüstəmli kəndində Zəngilan rayonundan olan salınmış qəsəbədə 161 abonentə də təbii qaz verilmişdir. Beton zavod adlanan ərazidə yerləşən 4 ikimərtəbəli, 6 birmətəbəli və bir şəhid ailəsi olmaqla ümumilikdə 62 evə, Qaratəpə kəndində yeni  salınmış yaşayış massivində 31 evə Dövlət Proqramına uyğun olaraq ”Smart” kart tipli sayğac quraşdırılmaqla təbii qaz verilmişdir

12 kəndə hələ də təbii qaz verilməmişdir.

Əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayon mərkəzində və 26 kənddə tam, 7 kənddə qismən kabelləşmə  işləri aparılmışdır.  Hazırda rayonun Cənqən, Poladtogay və Sarxanbəyli kəndlərində bu işlər davam etdirilir. Cavad kəndində yerləşən 110/35/10 kv-luq yarımstansiyada yenidənqurma işləri başa çatdırılmışdır. Cənqən kəndində yerləşən 110/35/10 kv-luq yarımstansiyada və 35/6 kv-luq Minbaşı, 35/10 k/V-luq Salmanlı 35/10 kv/luq Vidadi-2  YS-larında  əsaslı təmir işləri aparılmışdır. 6 yerdə 10/6/04 kv-luq, komplektləşdirilmiş transformator məntəqəsi müasir tipli komplektləşdirilmiş transformator məntəqəsi ilə əvəz olunmuşdur. Şəhərin Q.Namazəliyev küçəsində və Quruzma kəndində 630 kv-luq komplektləşdirilmiş transformator məntəqəsi quraşdırılmışdır. Cəngən kəndinə 7000 metr  və Quruzma kəndində 900 metr 10 kv- luq yüksək gərginli hava xətti çəkilmişdir. Bəzi transfarmator yarımstansiyalarında əsaslı və cari  təmir işləri aparılmışdır. Rayonun bir sıra kəndində 10/04 kv- luq hava verlişi xətləri dəyişdirilmiş, yararsız dayaqlar yenisi ilə əvəz olunmuşdur.

2020-ci ilin yekununda 580 ədəd yeni sayğac quraşdırılmış, istifadə müddətini başa vurmuş  5085 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Hazırda rayonda 25464 abonent “SMART” kart tipli sayğacdan istifadə edir. Bununla belə rayonun əksər yaşayış məntəqələrində elektrik verilişi xəttləri ötən əsrin ortalarında çəkilmişdir.  Naqil və dayaqlar uzun müddət istismar olunduğundan yenilənməsinə zəruri ehtiyac vardır.           

Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılmışdır. Əhaliyə standartlara uyğun içməli su verilməsi üçün daxili su xətləri çəkilmiş və bu işlər davam etdirilir. 2020 –ci ilin yekununda bu xətlər vasitəsi ilə 9008 abonentə standartlara uyğun içməli su verilir ki, ondan 8686-ı əhali sektoru, 322-i isə qeyri əhali sektoru təşkil edir.Su itgilərinin qarşısının alınması məqsədi ilə 6705 əhali abonentinə su sayğacları quraşdırılmışdır.Bunun da 426 ədədi 2020-ci il ərzində quraşdırılmışdır. Əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kub metr olan 2 su anbarı tiklmişdir. Rayonun Surra, Yenikənd, Suqovşan və Cavad kəndlərində 4 ədəd bulaq əsaslı təmir olunaraq istifadəyə verilmişdir.Kənd yerlərində yaşayan əhalinin içməli su ilə təmin etmək məqsədilə rayonun 49 kəndində modul tipli su durulducu qurğu, ”Asərsu” ASC tərəfindən 18 kəndə içməli su xətti çəkilmiş bulaqlar quraşdırılmışdır.   

Görülən işlərlə bərabər şəhərdə su  çəkilişi tam başa çatdırılmamış, kanalizasiya sisteminin yenidənqurulması işlərinə başlanılmamışdır.     

Cavad kəndi ərazisində Kür çayı üzərində körpü tikilmişdir.

Araz çayı üzərində tikintisi yarımçıq qalmış körpü istifadəyə verilmişdir.

Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun Sabirabad rayonunun ərazisindən keçən hissəsində yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmışdır.

- 42,0 km şəhərdaxili və məhəllədaxili yollara asfalt çəkilmişdir.

Uzunluğu 46 km olan Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi başa çatdırılmışdır.

Uzunluğu 46 km olan Sabirabad-Axtaçı Muğan-Şirvan avtomobil yolunun 10 km-lik hissəsində əsaslı təmir işləri aparılmışdır

Uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun  tikintisi yekunlaşmışdır.

Uzunluğu 60 km olan Qalaqayın-Osmanlı satansiyası-Zalqaraağac-Çöl Beşdəli-Çöl Ağammədli- Azadkənd stansiyası-Muğan Gəncəli kəndlərarası avtomobil yolunda yenidən qurma işləri davam etdirilir

Uzunluğu 18 km olan Surra-Padar avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır

43 km uzunluğda olan Dadaşbəyli- Minbaşı-Salmanlı- Noxudlu- Salyan respublika əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri aparılmışdır.

Şəhərin Heydər Əliyev prospektinə asfalt döşənmişdir.

Müasir tələblərə cavab verən Heydər Əliyev mərkəzi tikilmişdir.

Heydər Əliyev adına istirahət parkında yenidənqurma işləri aparılmışdır.

Kiçik parklar salınaraq uşaq əyləncə mərkəzləri yaradılmışdır.

Sabirabad Bayraq Meydanı kompleksi  yaradılmışdır

Ümumi sahəsi 11858,1 kv.metr olan Dövlət Bayrağı Meydanında Bayraq Muzeyi tikilmişdir. Bayraq dayağının hündürlüyü özüllə birgə 92 metr, eni 15, uzunluğu 30 metrdir. İndiyədək respublikamızın rayonlarında ucaldılmış ən hündür Dövlət Bayrağıdır.

Heydər Əliyev prospektində yerləşən Bayraq Meydanı ərazisində Bayraq muzeyi tikilmişdir.

Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir.

Nizami kəndində 1,5 ha ərazidə park salınmış, uşaq əyləncə mərkəzi quraşdırılmış, oturacaqlar qoyulmuşdur.

Heydər Əliyev prospektində mini stadion tikilmişdir.

Mərkəzi meydan yenidən qurulmuşdur. Meydanda ulu öndərin qranitdən 5,2 metr hündürlüyündə abidəsi ucaldılmışdır.

Gənclər Mərkəzi əsaslı təmir olunmuşdur.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binası tikilib istifadəyə verilmişdir.

Sabirabad rayonu üzrə Maliyyə idarəsinin inzibati binası tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev prospekti boyunca çoxmərtəbəli yaşayış binaları üzlük plitələrlə  üzlənmiş, dam örtükləri dəyişdirilmişdir. Bu işlər digər yaşayış binalarında da aparılmışdır.

“Asan xidmət”in inzibati binası tikilmişdir

Elektrik Şəbəkəsi üçün inzibati bina tikilmişdir

Rayon Mərkəzində Yanğın Təhlükəsizlik Xidmətinin binası tikilmişdir

Nizami kəndində Yanğın Təhlükəsizlik Xidmətinin binası tikilmişdir

Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuşdur.

Tarix-diyarşünaslıq muzeyi əsaslı təmir olunmuşdur.

Rayon Təhsil şöbəsi üçün inzibati bina, 1200 şagird yerlik M.Ə.Sabir adına şəhər 1 saylı, 480 şagird yerlik E. Nadirov adına şəhər 8 saylı və 480 şagird yerlik  Nərimankənd kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdir.  

N.Nərimanov adına şəhər 2 saylı beynəlmiləl, S.Vurğun adına şəhər 3 saylı, M.Müşfiq adına şəhər 4 saylı, N.Gəncəvi adına şəhər 5 saylı, Qaraağac, Kovlar və Çöl Beşdəli kənd tam orta məktəbləri əsaslı təmir edilmişdir.

Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbi əsaslı təmir edilmiş və 200 şagird yerlik əlavə sinif otağı tikilib istifadəyə verilmişdir.

432 şagird yerlik Moranlı kənd tam orta məktəbi tikintisi başa çatdırılmışdır. 

Moranlı kənd tam orta məktəbində müasir tələblərə cavab verən idman-sağlamlıq obyekti tikilmişdir.

360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəb binası tikilmişdir. 

1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılmışdır.   

Qəfərli kəndi ərazisində 40 şagird yerlik modul tipli ibtidai məktəb quraşdırılmışdır.

Heydər Əliyev Fondu tərəfindən 100 yerlik uşaq bağçası tikilmişdir.

264  şagird yerlik Türkədı kənd tam orta məktəb binası tikintisinə başlanılmışdır. 

20 yerlik Ulacalı kənd uşaq bağçası tikilmişdir.

Şəhər 1 və 2 saylı, Azadkənd, Axısxa, Çöl Beşdəli və Qaraağac kənd uşaq bağçaları əsaslı təmir edilmiş, 4 saylı uşaq bağçasında cari təmir işləri yekuhlaşmaq üzrədir. 

Regional Perinatal Mərkəzi yaradılmış, Qəzli kəndində 15 çarpayılıq xəstəxana, Mürsəlli, Yolçubəyli, Həşimxanlı və Məmişlər kəndlərində həkim məntəqələri, Əsgərbəyli, Zalqaraağac, Osmanlı, Bulaqlı, Qaralar, Qardaşkənd, Güdəcühür, Qaralı, Cəngan və Əsədli kəndlərində tibb məntəqələri tikilmişdir. Şıx Salahlı kənd həkim, Çöl Dəllək, Çöl Ağammədli kənd tibb məntəqələrində və Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində əsaslı təmir işləri aparılmışdır.

205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası tikilib istifadəyə verilmişdir.

Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binası tikilmişdir.

Toxumçuluq inspeksiyasının inzibati binası tikilmişdir.

“Aqrokimya” laboratoriyası tikilmişdir.

Bioloji Təhlükəsizlik laboratoriyası tikilmişdir.

“Aqrolizinq” ASC-nin rayon filialı yaradılmışdır.

12 min tonluq Regional Logistik gübrə bazası və Aqroservis tikilmişdir.

Qış mövsümündə tərəvəz yetişdirmək üçün Bulaqlı kəndində 6 ha ərazidə istixana kompleksi tikilmişdir.

Nərimankənd kəndində istixana kompleksi. (Sahəsi-2,0 ha. Ərazisi-8,0 ha. İldə 300 ton pomidor istehsal olunacaq.

Şəhriyar kəndində istixana kompleksi. (Sahəsi-0,5 ha. Ərazisi-0,8 ha. İldə 80 ton pomidor istehsal olunacaq.

Məmişlər kəndində süd tədarükü məntəqəsi tikilib istifadəyə verilmişdir.

Rayonun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün 161 evdən ibarət qəsəbə salınmışdır.Qəsəbəyə təbii qaz verilmişdir.

Güdəcühür kəndi ərazisində məcburi köçkünlər üçün bütün infrastruktura malik olan 2 qəsəbə salınmışdır. Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailəyə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailəyə, ümumilikdə isə 440 ailəyə fərdi       yaşayış evi tikilmişdir. Həmin köçgün qəsəbələrində məskunlaşan 434 abonentə də təbii qaz verilmişdir.

Ulacalı kəndində su daşqını nəticəsində zərər çəkmiş insanlar üçün 77 evdən ibarət qəsəbə salınmışdır.

2 minə yaxın su daşqını nəticəsində zərər çəkmiş insanlar üçün ev tikilmişdir.

Qarabağ müharibəsi  əlil və şəhid ailələri üçün 56 mənzilli 3 yaşayış binası, 67 fərdi yaşayış evi, 1 nəfər 20 Yanvar əlilinə fərdi yaşayış evləri tikilmışdır.

Çirkab sular yığınağı olan “Axmaz” adlanan ərazinin qurudulması davam etdirilir.

Rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 30 km olan “H” kanalı tikilib istifadəyə verilmişdir.

Sabirabad və Salyan rayonlarında yerləşən 15 min hektardan artıq qış otlaq və Dövlət Ehtiyat Fond torpaqlarında meliorativ tədbirlər başa catmaq üzrədir.

Uzun müddət fəaliyyəti dayanmış “MKT İK” MMC Sabirabad rayon filialının rayonun Axtaçı Muğan kəndində yerləşən, sutkada 75 ton mahlıc istehsal edən emal müəssisəsinin fəaliyyəti bərpa olunmuşdur.

Moranlı, Qaratəpə, Nizami və Qaralar kəndlərində pambıq qəbulu məntəqələri inşa edilmişdir.

Baramaçılığın inkişaf etdirilməsi məqsədilə 8 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 100 min ədədə yaxın tut tingi (Nizami, Ulacalı, Quruzma, Kürkəndi, Qasımbəyli, Yolçubəyli, Qalağayın, Qaragüney və digər kəndlərdə) əkilmişdir. 2020-ci ildə 10,28 ton barama istehsalolunmuşdur. Rayonda 2020-ci ilin payız ayında 7900 ədəd tut tingi əkilmişdir.     

"Sabirabad Quşçuluq" MMC-nin quşçuluq fabriki (Sahəsi-29376,0 kv.m. Ərazisi-12 ha. İldə 109 milyon ədəd yumurta, 1400 ton quş əti istehsal ediləcək, 150 nəfər işlə təmin olunub)

"Muğan Quşçuluq" MMC-nin quşçuluq fabriki (Sahəsi-29376,0 kv.m. Ərazisi-12 ha. İldə 109 milyon ədəd yumurta, 1400 ton quş əti istehsal ediləcək, 150 nəfər işlə təmin olunub)

"Azərtikinti Quraşdırma Servis - 23" ASC-nin nəzdində asfalt zavodu                       

Rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir olunmuşdur.

Şəhərdə mövcud 62 müxtəlif mərtəbəli yaşayış binaları əsaslı təmir edilmişdir.

2010-cu ilin mayında baş vermiş təbii fəlakət nəticəsində evləri yararsız vəziyyətə düşmüş 2000 vətəndaşa ev tikilmişdir. Təbii fəlakətdən ziyan çəkmiş 16099 ailəyə 20 milyon manat məbləğində müxtəlif təyinatlı kompensasiya ödənilmiş, 14 sosial təyinatlı obyektlər yenidən inşa edilmiş və ya əsaslı təmir olunmuşdur.

Kür çayı üzərində yerləşən “Vlaqa“ birləşmiş nasos stansiyasında 5 əlavə su nasos aqreqatı qurularaq stansiyanın gücü 18 kub.saniyədən 25 kub.saniyəyə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq 20,3 hektar ərazidə Sabirabad Sənaye Məhəlləsinin tikinti işlər başa çatdırılmışdır.

Keçidlər