Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabad rayonuna səfərə gəlmişdir

29.08.2013

Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gəlmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoydu. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi.

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir

29.08.2013

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olmuşdur

29.08.2013

Prezident İlham Əliyev Sabirabada səfəri çərçivəsində rayon mərkəzinin Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.

      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

29.08.2013

Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyevə əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev adına istirahət parkında yaradılan şərait barədə məlumat verildi. Azərbaycan Prezidenti rayonda görülmüş işləri əks etdirən stendlərə baxdı. Sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Heydər Əliyev Mərkəzinin binası orijinallığı ilə Sabirabad şəhərinin gözəlliyini daha da artırır. Bu Mərkəzin yaradılması ilk növbədə sabirabadlıların Ümummilli Liderin xatirəsinə ehtiramını nümayiş etdirir. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış şəraitdən razılığını bildirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir

29.08.2013

Prezident İlham Əliyev yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Sabirabad hissəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə də tikintidən əvvəlki, tikinti işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, yolun ümumi uzunluğu 50 kilometr olan Hacıqabul-Sabirabad hissəsinin tikintisi artıq başa çatdırılmışdır. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak etmişdir

29.08.2013

Prezident İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Sabirabad rayonunun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verdi. Dövlətimizin başçısı hazır məhsullara  baxdı, istixana kompleksinin işçiləri ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında iştirak etmişdir

29.08.2013

Prezident İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, körpünün sxemini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, körpünün inşa edilməsi ətraf kəndlərdə yaşayan sakinlərin yol-nəqliyyat çətinliklərinin həllində çox mühüm əhəmiyyət kəsb edir, körpü Sabirabad şəhərini rayonun Şirvan düzündə yerləşən 16 və Kürdəmir rayonunun 3 kəndi ilə birləşdirir.

Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

  

 

  

 

 

 

  

 

 

 

 

 

 

Keçidlər